Mərkəzi Bank: Bugünkü hərracda tələb 41,3 milyon dollar təşkil edib

Avqustun 17-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 41,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

ƏvvəlkiZəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar
NövbətiToxuculuq sənayesində 43 faiz artım olub