Toxuculuq sənayesində 43 faiz artım olub

Bu ilin yanvar-iyul aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 268,1 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 43 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 19,1 faiz, geyim istehsalında isə 23,4 faiz azalma müşahidə olunub.

ƏvvəlkiMərkəzi Bank: Bugünkü hərracda tələb 41,3 milyon dollar təşkil edib
NövbətiBakıda keçmiş məhkumdan silah aşkarlanaraq götürülüb