Bakıda keçmiş məhkumdan silah aşkarlanaraq götürülüb

Bakıda keçmiş məhkumdan silah götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança, 2 ədəd patron, 1 kiloqramdan çox heroin və 390 metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiToxuculuq sənayesində 43 faiz artım olub
NövbətiAzərbaycan və Özbəkistan digər ölkələrə zərgərlik məmulatları sata bilərlər