Cari ildə dəmir yolu ilə 5,9 milyon ton yük daşınıb

Yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 904,8 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 106,3 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 10 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 809,3 min ton yükün dəyəri 364,7 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 4 milyon 95,4 min ton, dəyəri isə 1 milyard 741,6 milyon dollar olub.

Əvvəlki“AzerGold” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
NövbətiOPEC Nazirlər Şurasının videoiclası başlayıb