Azad edilmiş ərazilərdəki hərbi tibb müəssisələrinə media-tur təşkil olunub

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilmiş ərazilərdə yerləşən hərbi tibb müəssisələrinə media-tur təşkil edilib.

Media nümayəndələri bu ərazilərdəki tibb müəssisələrində yaradılan şəraitlə tanış olub, hərbi həkimlərin fəaliyyətini izləyib, çəkilişlər aparıb, həmçinin tibb personalı və müalicə olunan hərbçilərdən müsahibələr götürüblər.

Hərbi tibb personalı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində tibb müəssisələrində yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, hərbi qulluqçular isə öz növbələrində həkimləri bayram münasibətilə təbrik edərək onların peşəkarlığından, müayinə və müalicə prosesindən razı qaldıqlarını bildiriblər.

ƏvvəlkiBirinci Bakı Beynəlxalq “Challenge” turnirinə start verilib
NövbətiTƏBİB-in tabeli tibb müəssisələrinin əməkdaşlarının sayı açıqlanıb