TƏBİB-in tabeli tibb müəssisələrinin əməkdaşlarının sayı açıqlanıb

“Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 084 nəfər əməkdaş çalışır. Onlardan 53 389 nəfəri tibb heyətidir”.

“Report” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda bildirib.

“Onu da qeyd edim ki, 2022-ci il üzrə TƏBİB-in tabeli tibb müəssisələrinə 12 379 nəfər işçi, 2023-cü ilin bugünkü gününədək isə 3 500 nəfərdən çox işçi qəbul edilib”, – V.Qurbanov qeyd edib.

ƏvvəlkiAzad edilmiş ərazilərdəki hərbi tibb müəssisələrinə media-tur təşkil olunub
NövbətiTürkiyədə 90 kənd karantinə alınıb