Lənkəranda ölən azyaşlı ilə bağlı TƏBİB-dən açıqlama

TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, 2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) dekabrın 17-də saat 06:00 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə gətirilib. Vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

ƏvvəlkiOmbudsman: Xocavənddə məktəbdə aşkarlanmış partlayıcı qurğu terrorun mülki əhaliyə qarşı yönəldiyini göstərir
NövbətiProfessor Nadir Məmmədli Türk Dil Qurumunun fəxri üzvü seçilib