TƏBİB Gəncədə baş verən avtobus qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb

Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar oktyabrın 23-də saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

Qurumdan “Report”a bildirilib ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.

Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.

Qeyd edək ki, xəsarət alanlar 1988-ci il təvəllüdlü G.Hüseynova, 1988-ci il təvəllüdlü G.Verdiyeva, 1972-ci il təvəllüdlü S.Həsənova, 2007-ci il təvəllüdlü G.Hüseynova, 2006-cı il təvəllüdlü G.Alıyeva, 1985-ci il təvəllüdlü E.Hüseynov və daha 2 nəfərdir.

Əvvəlkiİşə düzəltmək adı ilə 50-dən çox insanın pulunu mənimsəyən şəxs saxlanılıb
NövbətiÖlkəmizdəki türk şirkətləri ilə yerli KOB subyektlərinin əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb