İşə düzəltmək adı ilə 50-dən çox insanın pulunu mənimsəyən şəxs saxlanılıb

Özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək insanları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Report”a bildirilib ki, nazirliyə naməlum şəxsin vətəndaşları işə düzəldəcəyi adı altında aldadıb onlayn ödəniş sistemlərindən istifadə etməklə onların pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.

Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Həsənov Anar Alıhəsən oğlu saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırmalarla müəyyən olunub ki, A.Həsənov tanış olduğu şəxslərə özünü müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək onlarda özünə qarşı inam yaradıb. Sonrakı müddətdə isə həmin şəxsləri dövlət qurumlarında işlə təmin edəcəyi adı altında aldadaraq 50-dən artıq zərərçəkənin pulunu ələ keçirib.

Aşkar edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa polisə müraciət edə bilərlər.

ƏvvəlkiDiaspor nümayəndələrinin Şuşaya 11-ci səfəri gerçəkləşib
NövbətiTƏBİB Gəncədə baş verən avtobus qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb