Azərbaycan Ermənistanla bağlı müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib

Bu gün Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə Ermənistanın qaldırdığı ilkin etirazlara dair öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X”də bildirib.

Nazir müavini qeyd edib ki, Ermənistanın Beynəlxalq Konvensiyanı pozması birbaşa olaraq BƏM-in yurisdiksiyasına aiddir.

ƏvvəlkiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Budapeştdə atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalını izləyiblər
NövbətiXəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub