Azərbaycan avarçəkəni Universiadada bürünc medal qazanıb

Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.

“Report”un məlumatına görə, bir nəfərlik akademik avarçəkmə qayığında 2000 metr məsafədə yarışan idmançı üçüncü yeri tutub.

Təsnifat və yarımfinal mərhələlərini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququna yiyələnən B.Nəsiri həlledici yürüşdə çempionluğu son anda əldən verib. Qalib fotofinişlə müəyyən edilib.

Eyni növdə yüngül çəkidə mübarizə aparan Ziya Məmmədzadə isə B finalında üçüncü nəticə göstərib.

ƏvvəlkiHakan Fidan: “Türkiyə ilə Ermənistan və Ermənistanla Azərbaycan arasında normallaşma prosesi paralel davam edir”
NövbətiRusiya SQ Xarkovu atəşə tutub, ölənlər və yaralananlar var