Azərbaycanın daha bir cüdoçusu Qran-Pri turnirində bürünc medal qazanıb

Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-Pri turnirində medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev bürünc medal uğrunda görüşdə israilli Quy Qurevitçə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Eyni çəkidəki Vüqar Talıbov və Uşangi Kokauri (+100 kiloqram) isə yarışı medalsız başa vurublar.

Qeyd edək ki, Qran-Pri turnirində digər idmançılarımız – Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram), Kamran Süleymanov (66 kiloqram), Səid Mollayi (81 kiloqram) bürünc medalın sahibi olublar.

ƏvvəlkiŞəhid hərbçimiz Hacıəli Qasımov Tovuzda dəfn olunub
NövbətiKəlağayı Ev Muzeyində növbəti tədbir keçirilib