Hakan Fidan: “Türkiyə ilə Ermənistan və Ermənistanla Azərbaycan arasında normallaşma prosesi paralel davam edir”

“Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən XIV səfirlər konfransının açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə ilə Ermənistan və Ermənistanla Azərbaycan arasında normallaşma prosesi paralel davam edir:

“Regionda sabitliyin təmin olunması üçün koordinasiyalı davranış şərtdir”.

ƏvvəlkiŞəhid ailələrinə və müharibə əlillərinə Bakı və bölgələrdə daha 100 mənzil və fərdi ev verildi
NövbətiAzərbaycan avarçəkəni Universiadada bürünc medal qazanıb