Avropa İttifaqı HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb

Avropa Birliyinə üzv olan 27 ölkə Qəzza zolağında dərinləşən humanitar böhrandan ciddi şəkildə narahatdır. Brüssel HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel “X” hesabında yazıb.

“Biz hərbi əməliyyatların dərhal dayandırılmasına və humanitar yardımın Qəzza əhalisinə təhlükəsiz şəkildə çatması üçün humanitar dəhlizlərin yaradılmasına çağırırıq. Biz HƏMAS-ı bütün girovları dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq”, – paylaşımda qeyd olunub.

Eyni zamanda, Aİ HƏMAS-ın xəstəxanalar və mülki şəxslərdən “insan qalxanı” kimi istifadə etməsini pisləyib.

ƏvvəlkiŞimali Makedoniya ilin sonuna qədər TAP-a qoşulacaq
NövbətiXİN başçısı ICESCO-nun baş direktoru ilə mədəniyyətlərarası dialoqun təşviqi üzrə birgə layihələri müzakirə edib