BMT-nin baş katibi beynəlxalq ictimaiyyəti ikili standartlardan çəkinməyə çağırıb

Beynəlxalq ictimaiyyət Ukrayna və Qəzza zolağındakı münaqişələrdə BMT Nizamnaməsinə və beynəlxalq humanitar hüquqa uyğun olan prinsiplərə əməl etməli, ikili standartlardan çəkinməlidir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Aİ-nin Brüsseldə keçirilən sammitinə gələrkən deyib.

“HƏMAS-ın 7 oktyabr (2023-cü il – red.) terror aktını pislədiyimiz kimi, indi gördüklərimizi də pisləyirik: Qəzzada misli görünməmiş sayda qurbanlar var. Biz həm Ukraynada, həm də Qəzzada ikili standartlar olmadan prinsiplərə əməl etməliyik”, – deyə o əlavə edib.

Quterreş, həmçinin qlobal çağırışlar üzrə BMT ilə sıx əməkdaşlığa görə Aİ-yə təşəkkür edib.

Aİ-nin dövlət və hökumət başçılarının iki günlük görüşünün əsas mövzusu Ukrayna və Yaxın Şərqdəki münaqişələr olacaq.

ƏvvəlkiZərdabda yağışdan sonra üzə çıxan qrunt suları evlərə və tövlələrə dolub
NövbətiÇərəzlərin faydası və istehlak qaydaları