Aktiv ƏDV ödəyicilərinin sayı 12,2 faiz artıb

2023-cü il noyabrın 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 755,4 min olub.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,2 faiz artıb və 44,8 min təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7,9 faiz artaraq 204,2 minə çatıb.

ƏvvəlkiASCO: “Dağıstan” gəmi-bərəsi əsaslı təmirdən sonra istismara qaytarılıb”
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib