Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, MDSS və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in (“Sabit qəbz”) verilməsi üzrə elektron xidməti təkmilləşdirirərək istifadəyə verib.

Elektron xidmətdən istifadənin asanlaşdırılması, eyni zamanda vergiödəyicilərinin məmnunluğunun artırılması məqsədilə müvafiq istifadəçi təlimatları hazırlanıb. Bu istifadəçi təlimatları “Sabit qəbz” əldə etməklə fəaliyyət göstərən vergiödəyiciləri, torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının başçıları tərəfindən onlayn (real) rejimdə qəbzin alınmasını nəzərdə tutur.

Təlimatlarla Dövlət Vergi Xidmətinin rəsmi saytında https://www.taxes.gov.az/az/page/telimatlar linki ilə tanış olmaq mümkündür.

ƏvvəlkiHeydər Əliyev Fondu uşaqlar üçün əyləncə tədbirləri keçirib
NövbətiBakıdakı Rus evində gənc istedadların sərgisi açılıb