“3+3” platformasının növbəti iclası Tehranda keçiriləcək

“3+3” platformasının növbəti iclası İranın paytaxtı Tehranda keçiriləcək.

“Report”un xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 4-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

““3+3 formatında regional əməkdaşlıq platforması üzrə iclas əvvəlcə İranda yüksək səviyyəli ekspertlər səviyyəsində, növbəti mərhələdə isə İran, Azərbaycan, Gürcüstan, Rusiya, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək”, – Hüseyn Əmir-Abdullahian bildirib.

Xatırladaq ki, “3+3” regional məşvərət platformasının birinci iclası Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə xarici işlər nazirləri müavinlərinin, İran XİN Baş direktorunun sədrliyi ilə 2021-ci il dekabr ayında Moskva şəhərində keçirilib. Gürcüstan bu platformada iştirak etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda rəsmi səfərdədir.

ƏvvəlkiSabah Ağgöl və Şirvan milli parklarında “Açıq qapı” günüdür
NövbətiPrezident İlham Əliyev: Azərbaycan ilə ABŞ-ı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir