İŞİD İrandakı partlayışların məsuliyyətini öz üzərinə götürüb

İŞİD terror təşkilatı İrandakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.

“Report” TRT-yə istinadən xəbər verir ki, terror təşkilatı teleqram kanalında hücumu həyata keçirdiklərini açıqlayıb.

Qeyd edək ki, İran mənbələrinin məlumatına görə, yanvarın 3-də ölkənin Kirman şəhərində iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlər arasında şəxsiyyəti müəyyənləşdirilənlərin sayı 84 nəfərdir.

ƏvvəlkiQəzada iki hərbçinin həlak olması ilə bağlı cinayət işi başlanılıb
NövbətiAzərbaycanlı qazilər Mersində bir sıra rəsmi və hərbyönümlü şəxslərlə görüşüblər