Yeni tədris ilində Şuşa, Laçın və Füzulidə dörd məktəb açılacaq

İşgaldan azad edilmiş ərazilərdə yeni tədris ilində dörd məktəb açılacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə 349 şagird təhsil alacaq. Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə isə 314 məktəbli oxuyacaq.

Bununla yanaşı, Laçında da iki məktəbin açılması nəzərdə tutulub – Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın şəhəri Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi. 2 nömrəli məktəbdə 227, Zabux kənd məktəbində isə 147 şagirdin oxuyacağı bildirilir.

Qeyd edək ki, Laçın rayonunun Sus kəndində də məktəb tikintisinə başlanılıb.

ƏvvəlkiDövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar artdı
NövbətiRusiyada Priqojinin olduğu təyyarə qəzaya uğrayıb, 10 nəfər ölüb