Türkiyənin vitse-prezidenti YAP nümayəndə heyətini qəbul edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz oktyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə C.Yılmaz “X” sosial şəbəkəsində yazıb.

“Mən Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə xoş səfərə görə təşəkkür etmək istəyirəm”, – paylaşımda bildirilib.

Qeyd edək ki, Tahir Budaqovun başçılıq etdiyi YAP nümayəndə heyəti Türkiyədə səfərdədir. Onlar bundan öncə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüblər.

ƏvvəlkiTürkiyə XİN Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini qərəzli adlandırıb
NövbətiƏrdoğan yenidən Türkiyənin hakim partiyasının sədri seçilib