Ərdoğan yenidən Türkiyənin hakim partiyasının sədri seçilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri seçilib.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, oktyabrın 7-də AK Partiyanın IV növbədənkənar qurultayı keçirilib. Qurultayda Ərdoğan yekdilliklə (1399 səs) hakim partiyaya sədr seçilib.

ƏvvəlkiTürkiyənin vitse-prezidenti YAP nümayəndə heyətini qəbul edib
NövbətiPrezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib