Tbilisidəki yaşayış binalarının birində güclü partlayış olub

Oktyabrın 23-də axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisinin Vazisubani rayonundakı yaşayış binalarının birində güclü partlayış olub. Nəticədə bir neçə nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

AZƏRTAC-ın xüsusi müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, partlayışa mənzildə qaz sızması səbəb olub.

Yanğın söndürülüb, binanın bir hissəsi yararsız hala düşüb. Bəzi mənzillərdən sakinlər təxliyə olunublar.

Tbilisidəki Simon Xeçinaşvili Universitetinin Klinikasına gətirilən yaralılardan birinin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

ƏvvəlkiPrezident Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib
NövbətiPrezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib