Tbilisidə Ukraynaya dəstək aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yüzlərlə insan Ukraynaya dəstək aksiyası keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentin qarşısına Rusiya-Ukrayna müharibəsinin başlamasının 2-ci ildönümü ilə əlaqədar aksiya baş tutub.

Yüzlərlə insan parlamentin qarşısına toplaşaraq Ukraynaya dəstək olublar.

Aksiya iştirakçıları “Slava Ukraine”, “Qeroyam Slava” və s. şüarlar səsləndiriblər. Aksiyada Ukrayna və Gürcüstan bayraqları dalğalandırılıb.

Əvvəlkiİstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans başa çatıb
NövbətiTramp Cənubi Karolina praymerizində qalib gələcəyinə ümid edir