Samir Şərifov: ABŞ və Azərbaycan arasında etibarlı tərəfdaşlıq münasibətləri formalaşıb

Biz inanırıq ki, ABŞ Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar edilməsini, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurularaq ölkə iqtisadiyyatına reinteqrasiyasını və tarixi torpaqlarımıza Böyük Qayıdışın təmin olunmasına yönəlmiş Azərbaycan dövlətinin səylərini bölüşür və bu səyləri dəstəkləyəcək.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 23-də ABŞ-ın Müstəqillik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

“ABŞ və Azərbaycan arasında etibarlı tərəfdaşlıq münasibətləri formalaşıb. Bu tərəfdaşlıq ümumi məqsəd və maraqlarımızla daha da möhkəmlənir. Əminəm ki, münasibətlərimizin daha da genişlənməsi üçün biz sıx əməkdaşlığımızı bundan sonrada uğurla davam etdirəcəyik”, – deyə S.Şərifov qeyd edib.

ƏvvəlkiFransadakı səfirliyimizin binasına hücum etmiş erməni hərəkatının üzvünə 6 aylıq şərti cəza verilib
NövbətiAzərbaycan III Avropa Oyunlarında növbəti medalını qazanıb