“Sağlam Yaşa” GMİB – Qax rayonunda tədbir keçirib

Azərbaycan Respublikası Prezidentinin yaninda Gənclər fondunun maliyyə dəstəyi  ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 30 oktyabr 2019 – cu il tarixində Qax şəhər Mərkəzi kitabxanasında  “Dini radikalizm və ektremizmə qarşı mübarizədə təhsilin rolu”mövzusunda tədbir keçirmışdir. Tədbiri giriş sözü ilə RİH- nümayəndəsi   Orxan Səmədov açaraq qonaqları salamladı və bu mövzunun region üçün çox əhəmiyyətli olduğunu qeyd etdi. Təşkilatın eksperti Tələt Qəribov qeyd etdi ki, Dini ekstremistlər milli- dini dəyərlərə hörmətlə yanaşmır, bu dəyərləri məhv etməyə, gözdən salmağa çalışırlar. Dini radikalizmə yuvarlanmış  gənclər milli və bəşəri dəyərlərdən imtina edir, təhsildən də uzaqlaşır və nəticədə özlərini mənəvi cəhətdən cəmiyyətin inkişafına mane olan elementlərə çevirirlər. Təcrübə göstərir ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin mühüm rolu vardır. 

 Tədbir iştirakçıları Solmaz Əfəndiyeva, Reyhanə Vəliyeva və başqa iştirakçılar mövzu ətrafında çıxışlar etdilər və bu mövzudakı  tədbirlərin davamlı olmasnı arzuladılar. Sonda iştirakçılar öz təklif və rəylərini bildirdilər.

ƏvvəlkiMN: Düşmən atəşkəs rejimini 20 dəfə pozub
NövbətiAzərbaycanda ləğv edilmiş dövlət qurumunun büdcə vəsaitlərini səmərəsiz xərclədiyi üzə çıxıb