“Sağlam Yaşa” Siyəzən rayonunda tədbir keçirmişdir

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “ Məişət zorakılığını yaradan səbəblər və onların aradan qaldırılmasına dəstək” mövzusundakı sonuncu tədbirini Siyəzən rayonunda keçirib. Rayon Mədəniyyət mərkəzində  QHT-lərə Dövlət Dəstəyi  Şurasının maliyə dəstəyi ilə keçirilən tədbirdə gənclər, kitabxana, təhsil və səhiyyə işçilərinin nümayəndəlri iştirak etmişlər.

Tədbiri rayon Gənclər və İdman idarəsinin rəis müavini Vüsal Alışov açaraq mövzunun müasir günümüz üçün çox aktual olduğunu qeyd etdi. Layihənin  rəhbəri Tələt Qəribov çıxışında  zorakııq hallarının, ailədaxili cinayətlərin son dövrlərdə artmasının cəmiiyyətimiz üçün narahatlıq döğurduğunu, bu sahədə Dövlətimizin gördüyü tədbirlər haqqında geniş məlumat verdi.

Regional QHT-lərin Siyəzən rayonu üzrə koordinatoru Məhəmməd İbrahimov, Mədəniyyət mərkəzinin direktoru Ziyadə Dadaşova, səhiyyə idarəsinin nümayəndəsi Vüsalə İsmayılova və başqaları çıxışlarında məişət zorakılığı hallarınınaradan qaldırılması barədə öz fikir və təkliflərin  səsləndirdilər.

ƏvvəlkiBakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq sərnişin lokomotivi ilə yola salınıb
NövbətiArgentina prezidenti seçkilərdə müxalifətin qalib gəldiyini etiraf edib