Rusiyada qaz kəmərində partlayış olub

Rusiyanın Yaroslavl vilayətinin Mışkinski rayonunda magistral qaz kəmərində partlayış olub.

“Report” yerli “Yarnovosti” nəşrinə istinadən xəbər verir ki, partlayışdan sonra həmin yerdə yanğın başlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi partlayışın qaz sızması ilə əlaqələndirib.

Bildirilib ki, hadisə nəticəsində yaralanan olmayıb.

ƏvvəlkiRumıniyada zəlzələ baş verib
NövbətiBakıda İtaliya-Azərbaycan Universitetinin inşası davam edir