Rəşad Dağlı 9 il 6 ay müddətinə həbs edildi

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə prosesində son söz deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs övladlarının yaşının az olması ilə əlaqədar azadlığa çıxmaq istədiyini söyləyib:

“Mənim necə insan olduğumu xalq bilir. Həmişə dövlətimin yanında olmuşam. Bundan başqa mənim iki övladım var, ödənişli təhsil alırlar. Azadlıqdan məhrum edilsəm, necə olacaq. Xahiş edirəm nəzərə alasınız, mənə həbslə bağlı olmayan cəza verəsiz”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirməkdə təqsirli bilinərəkək həbs edilmişdi.

ƏvvəlkiTÜRKSOY: “Yaxın günlərdə Azərbaycanda çox özəl tədbirlər keçiriləcək”
NövbətiŞirvanda qanvermə aksiyası təşkil edilib