Prezident Rəcəb Tayyib Ərdoğan “Sinovac” vaksini ilə peyvənd olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “Sinovac” vaksini ilə peyvənd olunub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Ankara Şəhər Xəstəxanasında “Sinovac” vaksini vurdurub. Müəyyən edilmiş qaydaya əsasən ikinci doza 28 gün sonra vurulmalıdır.

Qeyd edək ki, Türkiyədə “Sinovac” vaksini ilə kütləvi peyvəndləməyə yanvarın 13-də start verilib.

ƏvvəlkiBakıda daha iki prospekt və bir küçədə avtobus zolağı təşkil edilib
NövbətiAzərbaycanda koronavirus infeksiyasından 1159 nəfər sağalıb, 380 yeni yoluxma faktı qeydə alınıb