Ordumuzun mövqeləri atəşə tutulub

Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

ƏvvəlkiPrezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
NövbətiCənub bölgəsində keçirilən təlimdə xüsusi təyinatlılar gecə vaxtı tapşırıqlar icra ediblər