OPEC+ nazirləri neft hasilatı üzrə cari planın saxlanmasını tövsiyə ediblər

OPEC+ Monitorinq Komitəsinin üzvü olan Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Küveyt, Əlcəzair, Venesuela və Qazaxıstan neft hasilatı üzrə cari planın saxlanmasını tövsiyə ediblər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə OPEC+ nazirlərinin genişmiqyaslı görüşündə bildirilib.

Nazirlər növbəti görüşü fevralın 1-də keçirmək qərarına gəliblər.

ƏvvəlkiQərb bölgəsinin dağlıq rayonlarında avtomobil yolları buz bağlayıb
NövbətiSon sutkada Azərbaycanda koronavirusa 47 yoluxma faktı qeydə alınıb