ABŞ-ın zərbələrindən sonra İraqda 3 günlük matəm elan edilib

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani şənbə günü ABŞ-ın İraqın qərbinə endirdiyi aviazərbələrin qurbanları üçün ölkədə ümumi matəm elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Məhəmməd Şiya əs-Sudani ABŞ-ın Akaşat və Əl-Əs-Südani bombalaması nəticəsində silahlı qüvvələrimiz və mülki şəxslər arasında həlak olanların xatirəsinə bütün dövlət idarə və müəssisələrində üç günlük ümumi matəm elan edilməsi barədə göstəriş verib”,- deyə məlumatda bildirilir.

Əvvəlki“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu gümüş medal qazanıb
NövbətiTərtər sakini minaya düşüb