Mozambikdə qatarlar toqquşub, yaralananlar var

Mozambikdə iki qatarın toqquşması nəticəsində 39 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Afrika ölkəsinin limanlar və dəmir yolları xidməti məlumat yayıb.

Bildirilib ki, qəza mərkəzi Maputo əyalətinin Ressano və Qarsiya yaşayış məntəqələri arasındakı magistral yolda qeydə alınıb.

Zərərçəkənlərə yardım göstərilib.

ƏvvəlkiTAP vasitəsilə ötürülən Azərbaycan qazının həcmi açıqlanıb
NövbətiAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub