Zəlzələdən sonra dəmiryol xətlərində aparılan diaqnostika işləri ilə bağlı qatarların sürəti aşağı endirilib

Bu gün səhər saatlarında Xəzər dənizində baş vermiş 5.6 bal gücündə zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yollarının (ADY) Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

ADY-dən AZƏRTAC-a bildirilib ki, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

ƏvvəlkiƏrdoğan İsveçin NATO-ya qəbuluna cavab olaraq ABŞ-dan “F-16”lar istəyib
NövbətiZəlzələ Xəzəryanı rayonlarda, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub