Zəlzələ Xəzəryanı rayonlarda, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub

Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla 08:16-da baş verən zəlzələ Xəzəryanı rayonlarda, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib.

ƏvvəlkiZəlzələdən sonra dəmiryol xətlərində aparılan diaqnostika işləri ilə bağlı qatarların sürəti aşağı endirilib
NövbətiSumqayıtda kanal daşıb, 10 minə yaxın sakinin yaşadığı ərazini su basıb