Ərdoğan İsveçin NATO-ya qəbuluna cavab olaraq ABŞ-dan “F-16”lar istəyib

Rəsmi Ankara Türkiyə parlamentinin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə cavab olaraq Vaşinqtonun “F-16” qırıcı təyyarələrinin tədarükü ilə bağlı ABŞ-ın qarşılıqlı münasibətinə ümid edir.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatına istinadən məlumat yayıb.

“Qoy ABŞ-dakı həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə Parlamentində nəzərdən keçirilməsi ilə eyni vaxtda Türkiyəyə F-16 tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin bu addımları eyni vaxtda edək”, – deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.

ƏvvəlkiAzərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir
NövbətiZəlzələdən sonra dəmiryol xətlərində aparılan diaqnostika işləri ilə bağlı qatarların sürəti aşağı endirilib