Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

ƏvvəlkiMozambikdə qatarlar toqquşub, yaralananlar var
NövbətiÜST rəhbəri: “Xəstəxanaya yerləşdirmə və ölüm hallarının artması COVID-19-un bitməyəcəyini göstərir”