Moskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə edilib

Avqustun 18-də Beynəlxalq Xəzər Günü ilə əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın səfiri Polad Bülbüloğlu, İranın səfiri Kazem Cəlali, Qazaxıstanın səfiri Dauren Abayev və Türkmənistanın səfiri Batır Niyazlıyevlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Nazir Sergey Lavrov Xəzər dənizi ətrafında mövcud məsələlər haqqında geniş məlumat verib, Xəzərin dayazlaşması probleminə toxunaraq, sözügedən məsələnin Prezident İlham Əliyev tərəfindən 2022-ci il iyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qaldırıldığını xatırladıb.

Həmçinin Xəzər regionunda çoxşaxəli əməkdaşlıq məsələlərinin geniş spektri ətrafında fikir mübadiləsi aparılıb, Xəzəryanı dövlətlərin əməkdaşlığının daha da genişləndirilməsi üzrə gələcək addımlar, o cümlədən xarici işlər nazirlərinin keçiriləcək görüşünə hazırlıq məsələləri müzakirə edilib.

ƏvvəlkiAzərbaycan cüdoçusu Qran-pridə gümüş medal qazanıb
NövbətiDövlət Komissiyası: “İtkin düşmüş 15 nəfərin taleyinə aydınlıq gətirilib”