Mingəçevirdə binada partlayış baş verib, yanğın başlayıb

Mingəçevirdə qaz sızması nəticəsində binada partlayış baş verib.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə Axundov küçəsində yerləşən binaların birində qeydə alınıb. Partlayış nəticəsində binanın dam örtüyü uçub, evdə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə qüvvələri cəlb olunub.

ƏvvəlkiMonteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
NövbətiYeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub