Mərakeş sahillərində mühacirləri daşıyan gəmi qəzaya uğrayıb, 6 nəfər ölüb

Mərakeş sahillərində göyərtəsində mühacirlər olan gəminin qayaya çırpılması nəticəsində 6 nəfər ölüb.

“Report” xəbər verir ki, hadisədən sonra 48 nəfər xilas edilib.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub.

Xilasedicilər 4 nəfərin meyitini sudan çıxarmaq üçün tədbirlər görürlər.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiŞuşa Qlobal Media Forumunun ikinci günü sessiyalarla davam edir
NövbətiBu gün Laçına yola düşən 22 ailə doğma yurdlarına qovuşublar