Lənkəranda 15 yaşlı yeniyetmə dənizdə boğulub

Lənkəranda dənizdə bir nəfər boğulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun Sütəmurdov kəndində nəzarətsiz çimərlikdə Cəlilabad rayon sakini, 2007-ci il təvəllüdlü Nuran Əlafət oğlu Əmirov batmaq təhlükəsi ilə üzləşib. Yeniyetmə ətrafdakıların köməyi ilə sudan çıxarılıb.

Hadisə yerinə Təcili Tibbi yardım briqadası cəlb olunub. Həkimlərin səylərinə baxmayaraq, N.Əmirovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiXarici İşlər Nazirliyi Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza sadələşdirilməsinə dair məlumat yayıb
NövbətiBu gün daha 23 laçınlı ailə doğma yurduna qovuşub