Cənub rayonlarında polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Hava şəraiti ilə əlaqədar Lənkəran, Lerik, Yardımlı və Cəlilabadda da polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları xidmətə cəlb olunublar. Köməyə ehtiyacı olan sürücü və piyadalara polislər tərəfindən köməklik edilərək onların təhlükəsiz mənzil başına çatmaları təmin edilir.

Tədbirlər davam edir.

ƏvvəlkiAzərbaycanlı şagirdlər ABŞ-da keçirilən beynəlxalq olimpiadada ölkəmizi təmsil ediblər
NövbətiDağıstanda baş verən zəlzələdən sonra Bakı-Qroznı neft kəməri yoxlanılıb