Bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti noyabrın 26-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə AZƏRTAC-a xidmətdən bildirilib.

Qeyd olunub ki, Gəncə, Tərtər, Bərdə, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Yevlax, Şəki, Göyçay, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.

ƏvvəlkiAğdam Dövlət Sosial-İqtisadi Kollecinin 100 illik yubileyi qeyd olunub
NövbətiPrezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib