İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycana işgüzar səfərə gəlib

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiTBMM nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
NövbətiSəudiyyə Ərəbistanı Türkiyəyə 3,3 trilyon dollarlıq sərmayə ayırmağı hədəfləyir