Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana işgüzar səfəri başlayıb

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiBakıda dəm qazının miqdarı normadan yüksək olub
NövbətiOPEC ölkələrinin toplantısı təxirə salınıb