Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərə gəlib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

ƏvvəlkiBakıda ticarət obyektində baş vermiş yanğın qısa müddətdə tam söndürülüb
Növbətiİslam ölkələrinin nazirləri DOST Mərkəzində olublar