Hacıqabulda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Hacıqabulda baş verən yol qəzasında 5 nəfər yaralanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Əsədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, yol qəzası zamanı 1965-ci il təvəllüdlü İsmayılova Güldanə Mahal qızı, 1994-cü il təvəllüdlü Babazadə Zahid Rahim oğlu, 1989-cu il təvəllüdlü Əliyev Yaqub Faiq oğlu, 1967-ci il təvəllüdlü Əliyeva Mehriban Rüstəm qızı və 1954-cü il təvəllüdlü Mirzəliyev Qiyas Mirzəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlkiİşçiyə fərdi əmək mübahisəsi halında belə əməkhaqqının gecikməsinə görə ödəniş ediləcək
NövbətiAvropa çempionatı: Zöhrə Ağamirova finala yüksəlib