Güləş Federasiyası Eldəniz Əzizlinin “Zaqreb Open”ə qatılmamasına aydınlıq gətirib

Yunan-Roma güləşi üzrə üçqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin Xorvatiyada keçiriləcək “Zaqreb Open”də iştirak etməməsinin səbəbi bəlli olub.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Bu, idmançının məşqçilər korpusu ilə ortaq qərarıdır. Eldəniz komanda ilə Zaqrebə yollanır. Yarışdan sonra sözügedən şəhərdə yığmamızın təlim-məşq toplanışı gerçəkləşəcək. Eldəniz də orada olacaq”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir.

ƏvvəlkiHacı Əliyevin “Zaqreb Open”ə aparılmamasının səbəbi müəyyənləşib
NövbətiAli qonağın şərəfinə rəsmi ziyafət