Gəncənin simvolik gerbi yenidən yerinə quraşdırılıb

Gəncənin 6 metr hündürlükdə olan simvolik gerbinin təmiri yekunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq gerb Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən ənənəvi yerinə – Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərinə yerləşdirilib.

Xatırladaq ki, bu ilin mart ayının 20-də Gəncə şəhərində əsən güclü külək nəticəsində şəhərin Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyinin üzərində yerləşən Gəncənin simvolik gerbi aşaraq zərər görmüşdü. Altı metr hündürlükdə olan gerbə baxış zamanı simvolların bəzilərinin yararsız hala düşdüyü aşkarlanmışdı. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı ilə gerb şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi texnikaları vasitəsilə əsaslı təmir məqsədilə qurumun emalatxanasına aparılıb. Burada mütəxəssislər tərəfindən əsaslı təmir olunmasına başlanıb və gerbin üzərindəki ornamentlər xüsusi alətlərlə sənətkarlar tərəfindən bərpa edilib.

ƏvvəlkiŞərqi Zəngəzur iqtisadi rayonunda İranla sərhəddə Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib
NövbətiPrezident İlham Əliyev Laçın rayonuna səfər edib Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq